EN

Bakıda 12.5 kilometr məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib

Bakıda 12.5 kilometr məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində artıq 12,5 kilometrlik mikromobillik zolağı təşkil edilib.

AYNA-dan bildirilib ki, görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub. Həmçinin avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.

Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir.

Xatırladaq ki, Bakı şəhərində ilk velosiped kirayəsi xidməti də fəaliyyətə başlayıb. Mikromobillik vasitələrinin parklanması üçün şəhərdə 50-yə yaxın məntəqə yaradılıb.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
50
ilk.az

10Sources