EN

Türkiyə Prezidenti Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb

Ankara, 31 avqust, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da Ankarada Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş Milli Müdafiə Universitetinin Hərbi Akademiyasında diplomların təqdim edilməsi mərasimindən sonra baş tutub.

Türkiyənin dövlət başçısı 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyib. Şəhid ailəsi üzvlərinin bir-bir əlini sıxan Ərdoğan, “Bütün şəhidlərimizin məkanı cənnət olsun” deyib.

Türkiyə lideri şəhid ailəsi üzvlərini Prezident Kompleksinin ərazisində Zəfər bayramı münasibətilə baş tutan konsert proqramına dəvət edib.

Rəcəb Tayyib Ərdoğan daha sonra Azərbaycandan gələn heyət üzvləri ilə birgə şəkil çəkdirib.

Qeyd edək ki, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 30 nəfərlik qrup “YAŞAT” Fondu ilə “Türkiyə və Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankarada səfərdədir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
5
azertag.az

7Sources