EN

Yəməndə yanacaqdoldurma məntəqəsində güclü partlayışlar: Ölənlər və yaralananlar var

Yəmənin Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

hakimiyyet.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə yerli səhiyyə orqanları və hakimiyyət orqanlarındakı mənbələrdən məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində azı 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

Həmçinin qeyd edilib ki, Əl-Mənsur bölgəsindəki yanacaqdoldurma məntəqəsində yanacaq çəninin partlaması nəticəsində yanğın baş verib.

Yaralananların çoxunun vəziyyəti ağırdır, bəziləri reanimasiya şöbələrinə yerləşdirilib.

Yanğın artıq söndürülüb. Polis hadisənin başvermə şəraitini araşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
50
hakimiyyet.az

10Sources