EN

Sentyabrın 1-də “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı sentyabrın 1-də “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə "Operativ Media"ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.

Chosen
90
49
operativmedia.az

10Sources