Lənkəranda 31 yaşlı gəncin meyiti tapılıb.Asiya.az xəbər verir ki, meyit rayonun Separadi kəndi ərazisində aşkarlanıb. Kənd sakini 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərlinin meyiti yaşadığı həyətdəki yarımtikilidə asılmış vəziyyətdə tapılıb. Ə.Əkbərli evdə tək yaşayırdı. Sentyabrın 22-də nişanı olacaqdı. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.