EN

17 yaşlı qızı evləndirmək istədilər - Polis müdaxilə etdi

Azərbaycanda 17 yaşlı qızı evləndirməyə çalışıblar. 

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

 

Məlumata görə, hadisə İmişli rayonunun Məzrəli kəndində baş verib.

 

Məsələ Daxili İşlər Nazirliyi müdaxilə edib. Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.

 

"Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb", - açıqlamada deyilir.

 

Kəmalə Ağazadə daha sonra qeyd edib ki, qızın təhsil almasına şərait yaradılacaq.

 

Qeyd edək ki, Azərbaycanda 18 yaşdan aşağı şəxslərin ailə qurması qadağandır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
121
50
modern.az

10Sources