EN

 Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıblar - FOTO/VİDEO

 Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıblar - FOTO/VİDEO




Paytaxtın Suraxanı rayonu və digər ərazilərində silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusi maskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar. Onlar həmin marketlərdən 2 min manatdan artıq nağd pul, 12 min manat dəyərində tütün məmulatları və ödəmə terminallarından 27000 manata yaxın maddi vəsait ələ keçiriblər. Bu barədə AzFakt.com-a DİN-dən xəbər verilib.Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərini törədən şəxslər - 2000-ci il təvəllüdlü Rəhman Məhərrəmov və 1975-ci il təvəllüdlü Cəbrayıl Bağırov saxlanılıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məhərrəmov və C.Bağırovun analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.




Xəbərin oxunma sayı :
130

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
46
azfakt.com

10Sources