EN

Üstünə ağac düşən Lerik sakini ölüb - FOTO

Lerikdə bədbəxt hadisə başverib.Lerik rayon Kaqo kənd sakini 1973-cü il təvəllüdlü İlham Mikayıl oğlu Əliyev səhər sübhdən odun yığmaq üçün meşəyə gedib. Odun yığarkən iri gövdəli çürümüş ağac onun üstünə aşıb. İ.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
14
asiya.az

10Sources