EN

Türkiyə BRİCS-ə qoşulmaq üçün aylar öncə rəsmi müraciət edib- ABŞ mediasından iddia...

Image

ABŞ-ın “Bloomberg” agentliyi iddia edib ki, Türkiyə aylar öncə BRİCS təşkilatına qoşulmaq üçün rəsmi müraciət edib.

Agentlik Türkiyənin “qlobal təsirini artırmaq və ənənəvi Qərb müttəfiqlərindən kənarda yeni əlaqələr qurmaq” istədiyini iddia edib.

Prezident Ərdoğan administrasiyasının baxışının BRİCS oxu ətrafında döndüyünü iddia edən “Bloomberg”, Türkiyənin yeni diplomatik addımının NATO-nun əsas ölkəsi olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə yanaşı “çoxqütblü dünyanın bütün tərəfləri ilə əlaqələr qurmağı hədəflərdiyini ” bildirib.

Türkiyənin BRİCS-ə üzv olmaq üçün aylar əvvəl müraciət etdiyini iddia edən agentlik, müraciətin onilliklərdir Avropa Birliyinə (AB) üzvlüklə bağlı irəliləyişin olmamasının nəticəsi olduğunu bildirib.

“Bloomberg”ə danışan mənbələr oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək sammitdə BRICS-in genişləndirilməsinin müzakirə ediləcəyini bildirib. Məlumata görə, təşkilata qoşulmaq istəyən ölkələr arasında Malayziya, Tailand və Azərbaycan da var.

TAHİR





Chosen
175
26
baki-xeber.com

10Sources