EN

Azərbaycanlı qəhrəman xilasedicinin fotosu beynəlxalq müsabiqənin qalibi olub - FOTO

Novosibirsk sakini Aleksandr Oşçepkovun azərbaycanlı Rza Rzayevin təsvir olunduğu fotoşəkil Andrey Stenin adına X Beynəlxalq Fotojurnalistika Müsabiqəsində "Portret. Dövrümüzün Qəhrəmanı" nominasiyasında qalib olub. 

Day.Az xəbər verir ki, yubiley müsabiqəsinin qaliblərinin adları Moskvada açıqlanıb.

Aleksandr Oşçepkovun şəhərdə qəza zamanı uşaqları qaynar sudan keçirən yükvuran fəhlə, Rza Rzayev haqqında əsəri "Uşaqlar qorxur, mən isə özüm atayam" adlanır.

Xatırladaq ki, Rza Rzayev 2023-cü il yanvarın 17-də Novosibirskdə kommunal xidmət müəssisəsində baş vermiş qəza nəticəsində Plaxotnı küçəsində qaynayan suyun yaratdığı təhlükəli vəziyyətdə həyatını təhlükəyə ataraq 20-dən çox insanı xilas edib.

  • Azərbaycanlı
  • Azərbaycanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
1
day.az

5Sources