Bu gün, 12:06
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlamasında deyib ki, sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır:“Prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatını nəzərə alaraq hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”.AvroMedia.az xəbər verir ki,artıq iki ölkə arasında razılaşmaların vasitəçisiz olduğunu nəzərə alsaq, Ermənistanla sərhəddə Avropa İttifaqının missiyasının fəaliyyətinə hələ də ehtiyac varmı?AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib ki, Avropa İttifaqının missiyasının sərhədboyu ərazilərdə fəaliyyətinə heç bir ehtiyac yoxdur:“İttifaq belə bir missiyanın saxlanılmasına xərc çəkmək əvəzinə, xalqlar arasında sülhü möhkəmləndirmək üçün müəyyən tədbirlər təşkil edə bilər.Xüsusən Ermənistan cəmiyyətində Azərbaycana qarşı aqressiv münasibətin azaldılması, ermənilərin qalıcı sülhə hazırlanmasına böyük ehtiyac var. Hesab edirəm ki, bundan əlavə Aİ Ermənistanda hökumət və qeyri-hökumət təşkilatları ilə müəyyən iş apara bilər. Bununla da daha sivil, daha konstruktiv şəkildə sülhə töhfələr verə bilər. Faktiki olaraq, Aİ-nin missiyasının lüzumsuz fəaliyyətinə çəkdiyi xərclə, Ermənistanda sivil dəyərlərin inkişafı üçün böyük işlər görmək olar”./Globalinfo.azскачать dle 12.1