Masallıdan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət alması ilə bağlı məlumat yayılıb. Hadisənin dünən günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verdiyi deyilir.
Zərərçəkənin sözlərinə görə, quyunun qapağı olsa da, qırıq olub. Nəticədə vətəndaş qapağın üstündən keçərkən içinə düşüb və müxtəlif bədən xəsarətləri alıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb.
Qurumdan gəncin düşdüyü quyunun kanalizasiya quyusu olmadığı bildirilib:
“Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon Sukanal İdarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, kanalizasiya quyusu kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil. Hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur”.
Bizim.Media