EN

Azərbaycan ilə İtaliya arasındakı yeni əməkdaşlıq səhifəsi ŞƏRH

Azərbaycan ilə İtaliya arasındakı yeni əməkdaşlıq səhifəsi ŞƏRH

Cənubi Qafqazın ən güclü və modern dövləti, siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. İtaliya ilə münasibətlərin inkişaf dinamikası olduqca yüksəkdir və ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya bu gün nəzərdə tutulan səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Bunu siyasi şərhçi Nicat İsmayılov söyləyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında ticarət əməkdaşlığı iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.

İtaliya-Azərbaycan əlaqələrinin digər Avropa ölkələri üçün də bir nümunə modeli olduğunu deyən N.İsmayılov əlavə edib: “Bu münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına stimul verəcəkdir. Azərbaycan Qafqazda Avropa İttifaqının, o cümlədən İtaliyanın ən yaxın strateji tərəfdaşıdır. Avropa İttifaqı ilə ölkəmiz arasındakı yaxşı əlaqələrin mövcud olmasına vəsilə yaradan səbəblərdən biri də odur ki, Azərbaycan demokratik dəyərlərə malik ölkədir, insanların hüquq və azadlıqları qorunur, söz, mətbuat azadlığı və sərbəstliyi mövcuddur. Məhz bu səbəbdən Azərbaycan-İtaliya əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və regionumuzun sabitliyi üçün böyük töhfələrini verəcək”.

Siyasi şərhçi bildirib ki, İtaliya Ermənistan ilə Azərbaycan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində ədalətli yanaşma sərgiləyib. Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər. İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində də İtaliya şirkətləri əsas pay sahiblərindəndir. Hazırda respublikamızın üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkətləri tərəfindən həyata keçirilir.

“Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə - 2022-ci il avqustun 31-də İtaliyaya işgüzar səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, strateji əməkdaşlıq və tərəfdaşlığın daha yüksək səviyyəyə qalxmasına imkan yaratdı. Səfər zamanı Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Dövlətimizin başçısının İtaliyaya nəzərdə tutulan budəfəki səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq”, - deyə N.İsmayılov vurğulayıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
42
ilk.az

10Sources