EN

"Oba Market" yanğın təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırılır

"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, "Oba Market" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
2
e-huquq.az

9Sources