EN

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə çıxış edəcəklər

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə çıxış edəcəklər

Azərbaycanın bədii gimnastları San Marino Respublikasının Serravalle şəhərində keçiriləcək “San Marino Cup” yarışında iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə məşqçilər Ukleina Valentina və ⁠Ruslan Eyvazovun rəhbərliyi ilə böyüklərdən İlona Zeynalova, gənclərdən isə Şəms Ağahüseynova çıxış edəcəklər.

Yarışda ölkəmizi hakimlər arasında Aysel Həsənova təmsil edəcək.

“San Marino Cup” yarışı sentyabr 7-8-də baş tutacaq.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
6
ilk.az

10Sources