EN

COP29 başa çatdıqdan sonra Hesablama Palatası tərəfindən auditor rəyinin hazırlanması nəzərdə tutulur

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdıqdan sonra icra olunmuş bütün xərclərin auditi üzrə müvafiq qaydada həm beynəlxalq təşkilat, həm də Hesablama Palatası tərəfindən hesabatın və auditor rəyinin hazırlanması nəzərdə tutulur.

Bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, COP29-un keçirilməsi ilə bağlı hazırlıq tədbirləri davam edir. Hazırlıq çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumatlar təqdim edilir. Konfransın keçirilməsi üçün dövlət büdcəsində müvafiq ayırmalar təsdiq edilmişdir. Qeyd edək ki,ayrılmış vəsaitlər hesabına dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan beynəlxalq konfransın yüksək səviyyədə təşkili və zəruri infrastrukturun qurulması üzrə işlərin aparılması nəzərdə tutulur.

Həmçinin qeyd edilib ki, maliiyyə nəzarətinin aparılmasında məqsəd hesabatlılıq və şəffaflıqla yanaşı, tədbirin təşkili üçün ayrılmış vəsaitin səmərəli istifadə olunması və qənaət olunan məbləğlərin büdcəyə qaytarılmasıdır.

Chosen
124
39
ekologiya.az

10Sources