EN

Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaradır

Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaradır

Sentyabrın 5-də ölkəmizdə səfərdə olan Beynəlxalq Hakimlər İttifaqının prezidenti Duro Sessanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Ali Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin əsas prioritetlərdən biri olduğu, sıx əməkdaşlığın ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaratdığı vurğulanıb. Qeyd edilib ki, həmin istiqamətdə Beynəlxalq Hakimlər İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Nümayəndə heyətinin rəhbəri Duro Sessa ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
8
ilk.az

10Sources