EN

Universitetə “şortik”lə gəlmək düzgün deyil - Deputat

Deputat Ceyhun Məmmədov: “Son dövrlər bəzi gənclərin, xanım tələbələrin geyimlərinin universitetə uyğun gəlmədiyini görürük. Bir sıra hallarda mentalitetimizə, qayda-qanunlara əməl olunmur. Bu da öz növbəsində ciddi narazılıq yaradır, insanlar tərəfindən birmənalı qarşılanmır. Hesab edirəm ki, qız tələbələrimiz bu məsələlərdə diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, ali məktəbə səliqəli geyimdə getsinlər. Bütün hallarda, universitet sistemində geyimlərə önəm verilməsi çox vacibdir. Sanki bəziləri ali məktəblə çimərliyi səhv salıblar. Ya da evdən çıxarkən hansı paltarı tapıblarsa, onu geyinib ali məktəbə və ya işə gəlirlər. Universitetə “şortik”lə, qısa ətəklə gəlmək düzgün deyil. Mental qaydalarımız var, insanlar bunu qorumalıdırlar. Çox önəmli məsələdir”.

Chosen
141
44
millishow.az

10Sources