EN

“AZAL”dan sərnişinlərinə biganəlik-Hava limanına avtomobillər buraxılmadı -Video

Mütəmadi sosial şəbəklərdə “AZAL” la bağlı  xoşəqəlməz məqamlar yayımlanır.

XALQ.AZ məlumat verir ki, ötən gün “AZAL”ın  sərnişinləri hava limanına piyada getməli olublar. Belə ki, heç bir səbəb göstərilmədən yolun  bağlanması ilə bağlı xüsusi əhəmiyyəli  və xidməti avtomobillərdən başqa heç bir nəqliyyat vasitəsi, taksi daxil olmaqla hava limanına buraxılamayıb. Bu görüntülər sosial şəbəklərdə yayımlanıb.

“AZAL”ın sərnişinlərinə biganə yanaşması ilk dəfə deyil.  Belə ki, ötən il kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələri hava limanına daxil ola bilməmişlər məcburən sərnişinlər ağır baqajları ilə piyada getməli olmuşlar.

Bu halda müştəri məmnuniyyəti  “AZAL” üçün sadəcə reklam xarakterlidir.

“AZAL”dan  bunula bağlı heç bir məlumat əldə etmək mümkün olmadı. Adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
23
xalq.az

10Sources