EN

Makron çətin vəziyyətdə: Kiyevə yardım Le Penin qərarından asılı olacaq

"Mişel Barnierin Fransanın Baş naziri təyin edilməsi ölkədə daha böyük iğtişaşlara səbəb ola bilər. Bundan əlavə, Emmanuel Makronun qərarı Fransanın Ukraynaya yardımına mənfi təsir göstərəcək".


Sfera.az xəbər verir ki, bu fikirlər  Amerikanın "Responsible Statecraft" jurnalında dərc olunan məqalədə bildirilib.

 

Materialda qeyd olunub ki, Fransanın yeni hökuməti ölkə prezidentinin sövdələşdiyi Marin Le Penin Milli Cəbhə partiyasından asılıdır. 

 

Məqalədə deyilir: “Kiyevə yardım Fransa prezidentinin Baş nazir təyin etmək qərarının ilk qurbanı ola bilər".

 

Nəşrin yazdığına görə, hökumət başçısının vəzifəsi Milli Birlik liderinin lehinə olacaq. Fransanın Ukraynadakı münaqişədə fəal iştirakına qarşı çıxan Marin Le Penin köməyi olmadan Barnier qərarları icra edə bilməz.

 

Bundan əvvəl Makron blokun növbədənkənar parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, solçu “Yeni Xalq Cəbhəsi” koalisiyasının təklif etdiyi Lusi Kastetin namizədliyini rədd edib.

 

Xatırladaq ki, sentyabrın 7-də Parisdə 26 min insan Fransa prezidentinin istefası tələbi ilə nümayişə çıxıb. Etirazçılar avtobus dayanacaqlarını sındırıb və zibil qutularını yandırıblar.

 

Əzizə Zeynal

Chosen
112
25
sfera.az

10Sources