EN

Baş redaktor Lənkəranda avtomobil qəzasına düşdü - Xəsarət alanlar var

Lənkəranda baş verən qəzada 3 nəfər xəstəxanaya yerləşdirilib.Asiya.az xəbər verir ki,  yol nəqliyyat hadisəsi günorta saatlarında Ələt-Astara-İran magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.Belə ki, "Dogru.az" Xəbər Portalının baş redaktoru, 1984-cü il təvəllüdlü İlqam Xanağa oğlu Cəbiyevin idarə etdiyi "Hundai SantaFe" markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı beton maneələrə çırpılıb.Baş verən qəzada 3 nəfər, Bakı şəhərində yaşayanlar 2013-cü il təvəllüdlü H.Cəbizadə, 1968-ci il təvəllüdlü Lətifə Xanağa qızı Cəbiyeva və 1984-cü il təvəllüdlü Nailə Abış qızı Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.Hazırda onların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.Avtomobili idarə edən İlqam Cəbiyevin Asiya.az-a verdiyi məlumata görə qəzanın baş verməsinin səbəbi onun sükan arxasında yuxlu olmasıdır.Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
asiya.az

1Sources