EN

Türkiyənin mebel ixracı 5 milyon dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 5 milyon 168 min 790 dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 666 min 177 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 7 milyon 885 min 806 dollar məbləğində mebel ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
11
turkic.world

10Sources