EN

Vergi Qanunvericiliyində dəyişikliklər üçün təkliflər qəbul edilir - DVX

Son illərdə aparılan uğurlu islahatlar, aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid, ölkənin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının icrası, vergi sisteminin səmərəliliyinin artırılması mövcud Vergi Məcəlləsinin daha da rəqabətqabiliyyətli və anlaşılan olmasını, bir sıra məsələlərin detallı tənzimlənməsini və mövcud maddələrin tərkib elementlərinin təkmilləşdirilməsini zəruri edir.

Fins.az DövlÉ™t Vergi XidmÉ™tindÉ™n daxil olan mÉ™lumata istinadÉ™n xÉ™bÉ™r verir ki, É™lveriÅŸli biznes mühitinin yaradılması, habelÉ™ dövlÉ™t-biznes münasibÉ™tlÉ™rindÉ™ qarşılıqlı etimadın artırılması baxımından biznes nümayÉ™ndÉ™lÉ™ri ilÉ™ fikir mübadilÉ™sinin aparılması, onların rÉ™y vÉ™ tÉ™kliflÉ™rinin, qarşılaÅŸdığı çətinliklÉ™rin, qanunvericiliyin vÉ™ inzibatçılığın tÉ™kmilləşdirilmÉ™si prosesindÉ™ onların tÉ™kliflÉ™rinin dinlÉ™nilmÉ™si vÉ™ öyrÉ™nilmÉ™si mÉ™qsÉ™dilÉ™ sahibkarlıq subyektlÉ™ri ilÉ™ mütÉ™madi olaraq sahÉ™vi görüşlÉ™r keçirilib. HÉ™min görüşlÉ™rdÉ™ irÉ™li sürülÉ™n bir sıra tÉ™kliflÉ™r uÄŸurlu tÉ™crübÉ™lÉ™r dÉ™ nÉ™zÉ™rÉ™ alınmaqla vergi qanunvericiliyindÉ™ aparılmış dÉ™yiÅŸikliklÉ™rdÉ™ öz É™ksini tapıb. Bu baxımdan sahibkarlar, sahÉ™vi assosiasiyalar, bütövlükdÉ™ biznes vÉ™ ictimaiyyÉ™t tÉ™rÉ™findÉ™n qanunvericiliyin tÉ™kmilləşdirilmÉ™si istiqamÉ™tindÉ™ tÉ™qdim edilÉ™cÉ™k tÉ™kliflÉ™r xüsusi önÉ™m daşıyır.

Bu çərçivədə Dövlət Vergi Xidməti qarşıdakı 1 ay ərzində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar ölkədə biznesin inkişafına təkan verəcək, sahibkarlıq fəaliyyəti zamanı ortaya çıxan çətinliklərin həllinə yönəlmiş Vergi Məcəlləsində tənzimlənməyən, habelə Vergi Məcəlləsində olub təkmilləşdirilməsi zəruri hesab edilən istiqamətlərə dair əsaslandırılmış təkliflərin qəbuluna başlayır.

Bununla bağlı vətəndaşlar, biznes ictimaiyyəti və vergi ödəyiciləri tərəfindən təkliflərin təqdim edilməsi üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində ayrıca bölmə yaradılıb. Rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki rəsmi səhifələrində həmin bölməyə xüsusi keçid linki yerləşdirilib:

//www.taxes.gov.az/az/page/vergi-mecellesinin-yeni-strukturunun-hazirlanmasi-meqsedile-tekliflerin-qebulu

Biznes cəmiyyətini, sahibkarları vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə öz töhfəsini verməyə dəvət edirik.

Zemfira Ms
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
7
fins.az

10Sources