EN

Şoyqu bildirib ki, Rusiya İranla sazişin hazırlanmasını başa çatdırır

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Rusiya Moskva və Tehran arasında yeni əsas dövlətlərarası sazişin ən yüksək səviyyədə imzalanmasına hazırlıq üçün zəruri olan daxili dövlət prosedurlarını tamamlayır.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, Şoyqu BRİKS və BRİKS+ ölkələrinin təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrinin görüşü çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə ikitərəfli işgüzar görüş keçirib.

“Biz Təhlükəsizlik Şurası vasitəsilə qarşılıqlı fəaliyyəti artırmağa hazırıq, biz ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrası məsələlərini nəzarətdə saxlamağa davam edirik”, - deyə Şoyqu bildirib: “Biz yeni əsas dövlətlərarası sazişin tezliklə bağlanmasını gözləyirik Biz sənədlərin prezidentlər (Rusiya və İran) tərəfindən imzalanması üçün lazım olan daxili dövlət prosedurlarını tamamlayırıq”.

Onun sözlərinə görə, İranın BRİKS-ə qoşulması vahid və bölünməz strateji təhlükəsizlik arxitekturasının və ədalətli çoxmərkəzli dünya nizamının formalaşdırılması üçün onun üzvləri arasında qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaradıb.

Chosen
29
1
operativmedia.az

3Sources