EN

Messi tarixin ən böyük idmançısını açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lionel Messi basketbolçu Maykl Cordanı tarixin ən böyük idmançısı adlandırıb.
Oxu.Az xəbər verir ki, "Sporf" nəşrinin "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi səhifəsi argentinalı futbolçudan sitat gətirib.
"The Last Dance" serialına baxdıqdan sonra Cordanın kim olduğunu daha yaxşı anladım və bu, mənə onu daha da yaxınlaşdırdı" , - Messi deyib.
Qeyd edək ki, Cordan karyerası ərzində altı dəfə Milli Basketbol Assosiasiyasının (NBA) çempionu olub və iki dəfə olimpiya çempionu adını qazanıb. 2009-cu ildə amerikalının adı Basketbolun Şöhrət Zalına daxil edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
18
oxu.az

6Sources