EN

Gecə saatlarında İsmayıllıda dördotaqlı ev külə döndü

Bu gecə İsmayıllı rayonunun Qalınçaq kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.

Fövqəladə Hallar Nazirliyinin ərazi nümayəndəliyinin məlumatında bildirilir ki, yanğın gecə saat 2 radələrində baş verib. Saat 04:22-də söndürülüb.

"Yanğın nəticəsində 1991-ci il təvəllüdlü Nuran Baloğlan oğlu Hacıyevə məxsus ümumi sahəsi 200 kvadratmetr olan kürsülü, birmərtəbəli, dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsinə üç maşın və 14 nəfərlik şəxsi heyət cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
4
oxu.az

5Sources