EN

İki milyonluq tenderlərin qalibi olmuş “Azərtibbtəchizat” cərimələnib

“Azərtibbtəchizat” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir. 

Qeyd edək ki, “Azərtibbtəchizat” MMC bir neçə ay əvvəl İnnovasiya və Təchizat Mərkəzinin 1 999 812 manat və Bakı Sağlamlıq Mərkəzinin isə 205 251 manat məbləğində tenderlərinin qalibi olmuşdur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
12
operativmedia.az

10Sources