EN

Çöldəki gecə işıqları Alzheimer riskini artırır – ARAŞDIRMA

ABŞ-ın Rush Universitetinin tədqiqatçıları ölkənin 48 ştatında apardıqları araşdırmalar nəticəsində Alzheimer xəstəliyi ilə bağlı mühüm nəticəyə gəliblər.

Medianews.az  xəbər verir ki, araşdırma “Frontiers in Neuroscience” jurnalında dərc olunub.

Gecələr açıq havada süni işıqlara məruz qalmanın xüsusilə 65 yaşdan aşağı olanlarda Alzheimer xəstəliyinə tutulma riskini artıra biləcəyi aşkar edilib.

Tədqiqatçılar süni işıq mənbələrindən yol işıqlandırması işıq löhvələri kimi işığın çirklənməsinə səbəb olan amilləri araşdırıblar.

Araşdırmanın nəticəsi olaraq, tədqiqaçılar Alzheimer xəstəliyinin gecələr süni işığın mövcud olduğu bölgələrdə daha çox yayıldığı qənaətinə gəliblər və süni işığın bədənin bioloji saatını və yuxu rejimini poza biləcəyini və idrakın zəifləməsinə səbəb olduğunu müəyyən ediblər.

Tədqiqatçılar açıq havada süni işığa məruz qalmanın 65 yaşdan aşağı insanlarda Alzheimer riskini spirt istifadəsi, xroniki böyrək xəstəliyi və piylənmə kimi digər faktorlardan daha çox artırdığını müəyyən ediblər.

Gecələr məruz qalan süni işığın mənfi təsirlərini azaltmaq üçün qaranlıq pərdələrdən və ya göz bandlarında istifadə etmək tövsiyə olunub.

 

Nailə QASIMOVA

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
2
medianews.az

6Sources