Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.Komanda.az xəbər verir ki, birinci turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması İordaniyanı məğlub edib 3,5-0,5.Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov heç-heçə oynayıb.Qadınlardan ibarət millimiz isə Nikaraqua komandasını üstələyib. Şahmatçılarımız açılış turunda maksimum nəticə ilə qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibi təslim olmağa məcbur edib.