AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşmanı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.
Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də keçiriləcək.