EN

Netanyahunun səs-küyə səbəb olan sənədli filmi: “The Bibi Files”

İsrailin baş naziri Benyamin Netanyahuya qarşı açılan korrupsiya işindən bəhs edən “The Bibi Files” adlı sənədli film, Netanyahunun qarşısını almaq cəhdlərinə baxmayaraq, Toronto Beynəlxalq Film Festivalında nümayiş etdirilib.

News24.az xəbər verir ki, rejissoru Aleksis Blum olan sənədli filmdə 2016-2018-ci illər arasında polis tərəfindən lentə alınan dindirmə görüntüləri də yer alıb.

Baş nazirin ləqəbinə istinad edilən “The Bibi Files” adlı filmdə Netanyahu, həyat yoldaşı Sara və oğlu Yairin ona aid edilən korrupsiya cinayətlərində əli olub-olmadığını araşdırmaq üçün 2016-2018-ci illər arasında polis dindirmələri zamanı çəkilmiş video kliplər yer alır.

Netanyahu iddia edib ki, film polisin sorğu-suallarından yayımlanmamış görüntüləri göstərməklə İsrail qanunlarını pozub.

Film Qəzzada davam edən müharibəyə səbəb olan təhlükəsizlik pozuntularına görə məsuliyyət daşıdığı üçün güclü daxili və xarici təzyiqlərə məruz qalan İsrail baş nazirinin hakimiyyətdə olduğu illəri işıqlandırır.

Təxminən iki saat davam edən sənədli film 2015-ci ildə Netanyahunun dördüncü dəfə yenidən seçildiyi vaxt başlayır.

Xüsusilə siyasətçinin uzun müddətdir davam edən hüquqi problemlərinə və onun davranışı ilə bağlı İsrail polisinin araşdırmalarına diqqət yetirir.

Kanada Film Festivalında coşğu olmasına baxmayaraq, "The Bibi Files" İsraildə nümayiş olunmayacaq.

Günel Məlikzadə


Chosen
150
news24.az

1Sources