EN

Ermənistan Hindistandan silah daşıyır: Azərbaycan bunun qarşısını necə ala bilər?

Ermənistan Hindistandan daha çox artilleriya qurğusu ala bilər.

Publika.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy deyib.

Söhbət İrəvanın 2023-cü ildə Dehlidən 155 milyon dollar dəyərində qabaqcıl yedəkli artilleriya sistemləri (ATAGS) almasından gedir. Ekspert bunu hərbi əməkdaşlığın daha da davam etdirilməsi üçün yaxşı yardım hesab edir.

“Ermənistan tərəfi bu qurğuların yarısını alıb və razıdır”, - deyə Çinoy bildirib.

O, həmçinin Ermənistan və Hindistan arasında sıx hərbi əməkdaşlığın detallarını açıqlayıb. Buraya "Pinaka" çoxbarrelli raket buraxılış qurğularının və ya "Swathi" radar sistemlərinin alınması, həmçinin hərbi texnologiyalar sahəsində startapların inkişafı daxildir.

Çinoy qeyd edib ki, Ermənistan təxminən 250 milyon dollar dəyərində olan “Pinaka” raket buraxılış sistemlərinə maraq göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
2
publika.az

3Sources