EN

Əlifba ilə bağlı məsələnin qərarlaşdırıldığını sevinclə qeyd edirik- ÖZƏL

"Türk dünyasında, xüsusən də mədəni əlaqələr sahəsində önəmli proseslər getməkdədir. Bu da türk dünyasının inteqrasiyasında ən mühim amillərdən biridir".

Bu fikirləri siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib:

"İqtisadi, siyasi, təhsil əlaqələri iıə yanaşı, mədəniyyət əlaqələri ən üst səviyyədə olmalıdır. Çünki bu münasibətlər o zaman qarşılıqlı olaraq möhkəm olur. Bu baxımdan ortaq türk əlifbası ilə bağlı aparılan müzakirələr mədəni inteqrasiyada ən önəmli amillərdən biridir. Bu sahədə də nəticə alınması sevindiricidir. Düşünürəm ki, bu qərarın verilməsi türk dünyasının inteqrasiyasında irəliyə doğru çox önəmli bir addım olacaq. İndi mədəniyyət sahəsində ortaq türk ədəbi dili istiqamətində də gələcəkdə qərar veriləcəyinə inanırıq. Bu da önəmli bir amildir. Artıq əlifba ilə bağlı məsələnin qərarlaşdırıldığını sevinclə müşahidə və qeyd edirik. Xatırladım ki, 1926-cı il Birinci Türkoloji Qurultayda bu məsələlər də gündəmdə idi. Təxminən 100 ildən sonra Bakı şəhərində belə önəmli bir qərar verilir. Səhv etmirəmsə, 1992-ci ildə də belə bir məsələ olmuşdu və müəyyən qədər müsbət qərarlar o zaman da verilmişdi, təəssüf ki, icra etmək mümkün  olmadı. İndi bu məsələni yüksək səviyyədə gerçəkləşdirmək mümkün olacaq. Bəzən də ortaq əlifbanın nə kimi faydası olacaq kimi fikirlər səslənir. Qərarın verilməsi o demək deyil ki, günü sabah hamımız ondan istifadə etməliyik və s. Əsas odur ki, bununla bağlı iradə var və ortadadır. Yavaş-yavaş buna alışacağıq və əlifbadan tam şəkildə istifadə vəziyyətinə çıxmağımız inteqrasiya məsələmizdə mühim bir rol oynayacaq. Bu baxımdan türk dünyasına xeyirli olsun deyir, bu kimi qərarların davamlı verilməsini arzu edirəm".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
olaylar.az

1Sources