EN

"Mbappenin "Real"da uğur qazanacağına inanıram"

Məşhur portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Real"ın yeni futbolçusu Kilian Mbappe haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, beş dəfə “Qızıl top”un sahibi qeyd edib ki, Madriddə Mbappe üzərində təzyiq PSJ-də olduğundan qat-qat çoxdur. 

“Mbappe? "Real Madrid" PSJ deyil, sizi əmin edə bilərəm. Burada təzyiq tamamilə fərqlidir. Amma düşünürəm ki, o, uğur qazanacaq”

Hazırda Mbappe bütün turnirlərdə beş matçda iştirak edib və üç qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
33
90deqiqe.az

10Sources