EN

Ermənistan və Çin müdafiə nazirləri əməkdaşlığın inkişafını müzakirə edib

Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.  Ermənistan KİV məlumatına görə,  bu barədə Ermənistan və Çinin müdafiə nazirləri Suren Papikyan və Dun Tszyun arasında Çində keçirilən görüşdə bildirilib.

Tərəflər iki ölkənin silahlı qüvvələri arasında yüksək səviyyəli əlaqələri daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.

Suren Papikyan Çində işgüzar səfərdədir.


www.anews.az
Chosen
20
3
anews.az

4Sources