"Qanunvericiliyə əsasən alıcı 14 gün ərzində malı qaytara və dəyişə bilər, bir şərtlə ki, məhsul istifadə olunmasın, zəruri xassələri qorunub saxlansın və həmin satıcıdan alınmasına dair vətəndaşların sübutu olsun. Lakin Qanunvericiliyə əsasən bəzi məhsullar qaytarıla və dəyişdirlə bilməz. Qızıl və qızıl məmulatları, qiymətli daşlar, məişət-kimya malları, kişi, qadın, uşaq alt və çimərlik paltarları, parfumeriya və kosmetika malları, qadın, kişi, uşaq corabları, uşaq oyuncaqları, daraq və diş fırçaları, yaralılıq müddəti ərzində mağazadan çıxarılmış ərzaq malları, ərzaq mallarının saxlanılması üçün plastik qablar qaytarıla və dəyişdirilə bilməz. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar operativ münasibət bildirilməsi üçün Antiinhisar siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər".