EN

Lukaşenko: “Qarabağda baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır”

“Son illər Qarabağda baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır”.

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən onlara şəxsən xəbərdarlıq etdim ki, bu əraziləri Azərbaycana geri verin, üstəlik, Ermənistan tərəfi başa düşürdü ki, bu ərazilər onların əraziləri deyil”, - Lukaşenko qeyd edib.

Belarus lideri Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı cəhdlərini də şərh edib:

“Avropalılar Paşinyan ora girməzdən əvvəl Ermənistan rəhbərliyindən nəsə tələb edəcəklər. Avropalıların arxasında amerikalılar dayanır. Amerikasız bu gün Qərbdə heç bir iş görülmür.

Sizcə, Avropanın hansısa bir bucağında Ermənistanı gözləyirlər?! Nə bizi, nə Ermənistanı, nə də Ukraynanı heç yerdə gözləmirlər”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
bizim.media

1Sources