EN

Fransada meşə yanğını:80 nəfər təxliyə edildi

Fransanın Şərqi Pireney bölgəsində meşə yanğını baş verib. Yanğın zamanı 400 hektar ərazi külə dönüb, 80 nəfər evlərindən təxliyə edilib.

Redaktor.az xəbər verir ki, Fransanın Şərqi Pireney bölgəsindəki Castelnou kəndində günorta saatlarında meşə yanğını baş verib. Bölgəyə çoxlu sayda yanğınsöndürmə briqadası və xilasedicilər göndərilib.

Fransanın Daxili İşlər Naziri Gerald Darmanin sosial media hesabında etdiyi paylaşımda söndürmə işlərində 300 yanğınsöndürən, 9 təyyarə və 3 helikopterin iştirak etdiyini bildirib.

Seymur BƏNNAYEV 

Chosen
71
redaktor.az

1Sources