EN

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bir çoxları yemək yedikdən ağız dadını sonra çay və ya kofe ilə tamamlayır. Lakin ət və yaşıl yarpaqlı tərəvəzlərin üzərindən bunları içmək tövsiyə edilmir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail"ə amerikalı əczaçı və dietoloq Debora Qreyson müsahibə verib.

O izah edib ki, bu içkilərin tərkibindəki "polifenol" adlanan kimyəvi maddə qidalardan aldığımız dəmirin qana ötürülməsinə maneə olur.

Məlumdur ki, dəmir oksigenin qanda dövranı prosesində mühim yer tutan elementlərdən biridir.

Bu həm də immun sistemin normal fəaliyyətini təmin edərək və insanların enerjili qalmasına şərait yaradır.

Dəmir əksikliyi adətən yorğunluq, zəiflik, yuxululuq, saç tökülməsi və təkrarlanan soyuqdəymə ilə özünü büruzə verir.

Buna görə də qırmızı ət, brokoli, ispanaq, kələm, kolrabi, rukkola, pazı kimi qidaların üzərindən çay və qəhvə istehlak etmək mineralların parçalanaraq qana keçməsinə çətinlik yaradır.

Dietoloq əlavə edib ki, şərabda olan taninlər və oksalatların da dəmiri bloklayan təsirləri olduğu üçün steykləri də şərabla qəbul etmək tibbi baxımdan doğru sayılmır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
41
13
milli.az

10Sources