EN

“Qalatasaray”da ciddi itki

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Hakim Ziyeş zədələndiyi üçün 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, Mərakeş millisinin heyətində sıradan çıxıb. 31 yaşlı yarımmüdafiəçinin baldır əzələsində yırtıq aşkarlanıb.

Bu halda ulduz futbolçu Superliqanın 5-ci turunda sentyabrın 14-də "Çaykur Rizəspor" matçını, 21-də isə "Fənərbaxça" ilə derbi oyununu buraxacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
51
5
milli.az

6Sources