EN

“Iphone 16” smartfonlarının Azərbaycanda satış qiyməti bilindi

“Iphone 16” seriyası Azərbaycanda 3000 manatdan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, “Iphone 16” (sadə) 3200 AZN, “Iphone 16 Plus” 3700 AZN, “Iphone 16 Pro” 4000 AZN, “Iphone 16 Pro Max” 4700 AZN, “Iphone 16 Pro Max”ın 1 TB yaddaşlısının isə 6000 AZN-ə satılması planlaşdırılır.

Yeni “iPhone 16” smartfonlarının ABŞ-da satış qiymətləri

“Iphone 16” seriyası sentyabrın 20-də satışa çıxarılacaq. ABŞ-da əsas “iPhone 16”nın qiyməti 799 dollardır, “iPhone 16 Plus” ən azı 899 dollara başa gələcək. İlkin versiyada olan hər iki modeldə 128 giqabaytlıq yaddaş kartı var.

128 GB yaddaş tutumu ilə təchiz edilmiş “iPhone 16 Pro” 999 dollara başa gələcək. Ən azı 256 giqabayt yaddaşa malik “iPhone 16 Pro Max”ın qiyməti 1199 dollardır. Seriyanın ən yaxşı qadcetləri üçün ilkin sifarişlər 13 sentyabrdan başlayacaq. Smartfonlar sentyabrın 20-də ümumi satışa çıxarılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
18
buta.media

10Sources