EN

Şəhidlərimzlə bağlı məlumatları kim silib?

Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr vikipediyadan silinib.

XALQ.AZ xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas çıxış edib.

O, üç min şəhidlə bağlı məlumatların vikipediyadan tamamilə silindiyini feysbuk hesabında yazıb:

“Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediyadan silinir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
1
xalq.az

2Sources