EN

Türkiyə mətbuatı:13 sentyabr 2024

''Sabah'': Son bir həftədə 95 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyinin keçirdiyi mətbuat konfransında terrorla mübarizə əməliyyatları qiymətləndirilib. Türkiyə Silahlı Qüvvələrinin son bir həftədə həyata keçirdiyi əməliyyatlar nəticəsində 95 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

''Hürriyet'': Türkiyədən İngiltərəyə 8,3 milyard dollarlıq ixrac həyata keçirilib

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyə yanvar-avqust ayları arasında Böyük Britaniyaya 8,3 milyard dollar məbləğində ixrac həyata keçirib.

''Star'':  Selçuk Bayraktar ''Bayraktar Akıncı Tiha'' ilə bağlı paylaşım edib

''Bayraktar Akıncı Tiha'' KUZGUN-SS sursatları ilə sınaqdan uğurla keçdi. ''Akıncı'' hədəfi müvəffəqiyyətlə vurdu. "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar sınaq anlarının görüntülərini paylaşıb.

''Yeni Şafak'': THY-nin Sidneyə uçuşları başlayır

Türk Hava Yolları (THY) dekabrın 4-də İstanbuldan Avstraliyanın ən böyük şəhəri Sidneyə uçuşların başlayacağını açıqlayıb.İstanbul-Sidney arasındakı uçuşlar həftədə 4 dəfə ''Airbus A350-900'' tipli təyyarələrlə həyata keçiriləcək.

''Haber Türk'': Domuztepedə 7600 illik uşaq skeleti tapılıb

Kahramanmaraşın Türkoğlu rayonundakı Domuztepe kurqanında aparılan qazıntılar zamanı 7600 illik uşaq skeleti tapılıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
trt.net.tr

1Sources