EN

Manat bu tarixə qədər məzənnəsini qoruyacaq - PROQNOZ

Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq.

Bizim.Media "The Economist Group"a istinadən xəbər verir ki, bu barədə araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in ölkə ilə bağlı proqnozunda bildirilib.

Məlumatda bildirilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarına nisbətdə sabit məzənnə rejimi tətbiq edir. Manatın proqnozu sabitdir və bu, böyük həcmdə cari əməliyyatlar hesabında müsbət saldo ilə dəstəklənir.

EIU hesab edir ki, AMB-nin 2024-2028-ci illərdə əsas siyasət prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsini sabit saxlamaqdır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
24
bizim.media

10Sources