EN

Anbardar - VAKANSİYA

"All in One Technologies" QSC Anbardar vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Əsas iş öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinə nəzarət etmək
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək
  • Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək
  • Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq
  • Stok sayına nəzarət etmək, bitmək üzrə olan mal-materiallar barədə, vaxtında təchizat şöbəsinə məlumat vermək
  • Mədaxil-məxaric proseslərini düzgün icra etmək və sənədləşdirmək
  • Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək, tabeliyində olan anbar heyətinin işinə nəzarət etmək
  • İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyyətə bildirmək
  • Anbar sayımını təşkil etmək və hesabatları rəhbərliyə təqdim etmək

Tələblər:

  • İt avadanlıqlar və digər malların növü barədə məlumatlılığın olması 
  • 1 C 8.3 proqram təminatından istifadə bacarığının olması vacibdir
  • MS Excel proqramında işləmə bacarığı
  • Müvafiq sahədə 3 ildən çox təcrübə

Biz nə təklif edirik:

  • Karyera inkişafı
  • Əməkhaqqı:1000-1200

Maraqlanan namizədlər CV-lərini hr@allinone.az ünvanına mövzuda “Anbardar” yazmaqla göndərsinlər.

Chosen
127
42
fins.az

10Sources