“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib.
KAİM.az xəbər verir ki, 24 yaşlı norveçli avqust ayında İngiltərə çempionatının üç oyununda 7 qol vurub.
Qeyd edək ki, E.Holand karyerasında üçüncü dəfə bu mükafata layiq görülüb.
Qeyd edək ki, o, 2022-ci ilin avqustunda və 2023-cü ilin aprelində Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.