EN

Kişilər qalib gəldi, xanımlar heç-heçə etdi

Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Sport24.az xəbər verir ki, ilk iki turda İordaniya və Finlandiyanı məğlub edən Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb.
 
Yığma komandamız 3:1 hesabı ilə qalib gələrək qələbə seriyasını 3-ə çatdırıblar. Millinin hesabında 6 xal var.
 
Qadınlardan ibarət millisi isə Argentina ilə üz-üzə gəlib. Yığmamız üstün olsa da Ülviyyə Fətəliyevanın məğlubiyyəti görüşün heç-heçə bitməsi ilə nəticələnib. Komandamız 5 xal toplayıb.
 
45-ci Şahmat OlimpiadasıIII Tur, 13 sentyabr
KişilərAzərbaycan – Moldova - 3:1Aydın Süleymanlı – İvan Şitko - 1:0Nicat Abasov – Andrey Makovey - 0,5:0,5Şəhriyar Məmmədyarov – Yeqor Laşkin - 1:0Məhəmməd Muradlı – Viktor Boloqan - 0,5:0,5
 
QadınlarAzərbaycan – Argentina - 2:2Günay Məmmədzadə – Kandela Fransisko - 0,5:0,5Ülviyyə Fətəliyeva – Maria Xose Kampos - 0:1Xanım Balacayeva – Anapola Borda - 0,5:0,5Gülnar Məmmədova – Klaudia Amura - 1:0
 
Qeyd edək ki, yığmalarımız ilk iki turu qələbə ilə başa vurublar.

Chosen
84
5
sport24.az

6Sources