EN

Şahmat Olimpiadası:Növbəti qələbə

Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur başa çatıb.

“İki sahil” xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova komandasını məğlub edib 3-1. Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qələbə qazanıb, Nicat Abasovla Məhəmməd Muradlı heç-heçə oynayıb.

Qadınlardan ibarət Azərbaycan millisi isə Argentina ilə bərabərə qalıb. Günay Məmmədzadə və Xanım Balacayeva turu heç-heçə başa vurub. Gülnar Məmmədova qələbə qazandığı halda Ülviyyə Fətəliyeva məğlub olub.

Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
7
ikisahil.az

9Sources