EN

Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

Bakıda bir gecənin içində parkın ərazisində bina tikildiyi iddia edilir.Xezerxeber.az-ın məlumatına görə, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yaşayan sakinlər bu ərazidə qanunsuz tikililərin inşa edildiyini bildirirlər. Onlar qeyd edirlər ki, burada mənzil alarkən ərazinin həyət-park kimi təqdim edildiyini göstərən plan mövcuddur. Sakinlərin fikrincə, yeni tikililər həyətin sahəsini azaldır və hərəkəti çətinləşdirir.Sakinlər ərazidəki tikintinin qanunsuz aparıldığını və bu səbəbdən narahat olduqlarını bildirirlər.Binanı tikən "Maşınqayıran" MTK-dan isə bildirilib ki, həyətdəki tikililərlə bağlı sənədləşmə işləri aparılır."Maşınqayıran" MTK-nın sədr müavini Xanlar Ağayev bildirib ki, sözügedən tikili binanın təhlükəsizlik xidmətinin əməkdaşları və texniki işçiləri üçün nəzərdə tutulub. O əlavə edib ki, hazırda ikimərtəbəli tikilinin layihələndirilməsi işləri gedir və yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunacaq.Qeyd edək ki, binanın tikintisi hal-hazırda dayandırılıb.Mövzu ilə bağlı videomaterial təqdim edirik:
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
9
dunyapress.info

10Sources