EN

Rusiya Qərbi qorxutmaq üçün nüvə sınaqları keçirə bilər - "Reuters"

Hazırda Qərbdə Ukraynanın müttəfiqlər tərəfindən Rusiyaya hücum etmək üçün təqdim etdiyi uzaqmənzilli raketlərdən istifadəyə qoyulan qadağanın aradan götürülməsi ilə bağlı müzakirələr davam edir. Ukraynanın tərəfdaşları bu addımı atsalar, Rusiya lideri öz hədələrini davam etdirəcək. Xüsusən də Kreml Qərbi onilliklər ərzində əl atmadığı ilk nüvə sınaqlarını keçirməklə hədələyə bilər.

Bu fikirlər Reuters-də dərc olunan məqalədəndir. Nəşr gərginliklərin təhlükəli, yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Putinin hansı addımları ata biləcəyini öyrənmək üçün bir neçə ekspertin fikrini öyrənib.

Hamburqdakı Sülh Araşdırmaları və Təhlükəsizlik Siyasəti İnstitutunun silah eksperti Ulrix Kuen hesab edir ki, Putin Qərbi qorxutmaq üçün bir növ nüvə siqnalı göndərə bilər. Məsələn, nüvə silahı sınağı keçirilə bilər.

Rusiya 1990-cı ildən bəri nüvə silahını sınaqdan keçirməyib. Ona görə də nüvə partlayışı daha təhlükəli eranın başlanğıcı olacaq.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
49
news365.az

10Sources